“Yuventus” klubu Poqba ilə yollarını ayırıb
“Yuventus” klubu fransalı futbolçu Pol Poqbanın müqaviləsinə xitam verib.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi Poqbanın 2026-cı ilə qədər nəzərdə tutulmuş müqaviləsinə xitam verib.
Pol Poqba hazırda azad agent statusundadır.
Qeyd edək ki, P.Poqba ilə “Qalatasaray” klubu yaxından maraqlanır.