"Yuventus" məşhur futbolçu ilə maraqlanır

Məşhur ispaniyalı müdafiəçi Serxio Ramos karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Real"ın sabiq ulduzu ilə "Yuventus" maraqlanır.

Bu haqda "Tuttosport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, turinlilər ona mövsümün sonunadək sıradan çıxan Qleyson Bremerin əvəzləyicisi gözü ilə baxırlar.

Qeyd edək ki, 38 yaşlı Ramos iyunda "Sevilyadan ayrıldıqdan sonra azad agent statusundadır.