"Yuventus" "Milan"a 20 milyon avro təklif edib

"Milan"ın ingiltərəli futbolçusu Fikayo Tomori karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportline.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" Tomori üçün "Milan"a 20 milyon avro təklif edib.

"Milan" bu məbləğ qarşılığında Tomorini satmağa hazırdır.

Qeyd edək ki, Fikayonun "Milan"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.