"Yuventus" "Milan"a minimal hesabla qalib gəldi

İtaliya kubokunda 1/4 final mərhələsinin ilk oyunları start götürüb.

SportLine.az xəbər verir ki, ilk oyun günü maraqlı mübarizə ilə yadda qalıb. Yarışın favoritlərindən - "Yuventus" və "Milan"ın dueli gərgin anlara şahid olub. Yekunda isə Turin təmsilçisi minimal hesablı qələbəyə sevinib - 2:1.

Cütün qalibi cavab oyununda müəyyənləşəcək.

25 yanvar 2017
İtaliya kuboku, 1/4 final

"Yuventus" - "Milan" - 2:1
QOLLAR:
Dibala, 10 (1:0); Pyaniç, 21 (2:0); Bakka, 53 (2:1)
QIRMIZI VƏRƏQƏ: Lokatelli, 54 ("Milan")