"Yuventus" Poqba məsələsinə aydınlıq gətirdi
Pol Poqba karyerasını "Yuventus"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun texniki direktoru Kristiano Jintoli turinlilərin tvitter səhifəsində paylaşım edib:
"Poqba çətin mövsümdən sonra heyətə qayıdacaq. Onun böyük istəyi var. Və biz Polu gözləyirik. İnanırıq ki, o, komandanı arxasınca aparacaq", - deyə Jintoli bildirib.
Qeyd edək ki, Fransa millisinin üzvü Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində idi.