"Yuventus" Ronalduya olan borcu ödəmək istəmir
"Yuventus" Kriştianu Ronalduya olan borcu ödəmək niyyətində deyil.
Sportline.az xəbər verir ki, turinlilər bununla bağlı apelyasiya şikyəti ediblər.
Məqsəd isə portuqaliyalı ulduza ödənməli olan 9,8 milyon avronu ya azaltmaq, ya da ümumiyyətlə ödəməməkdir.
Bu haqda jurnalist Nikola Skira X sosial şəbəkəsində məlumat paylaşıb.
Qeyd edək ki, məhkəmə aprelin 17-də sözügedən məbləğin ödənilməsi barədə qərar çıxarmışdı.
Həmin məbləğ isə, Ronalduya koronavirus pandemiyası dövründə ödənilməyən məvacibin bir hissəsidir.