“Yuventus” və “Aston Villa” transfer yarışına girib

“Benfika”nın portuqaliyalı futbolçusu Antonio Silva mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Dazn” nəşrinə istinadən xəbər verir ki, “Yuventus” və “Aston Villa” A.Silvanın xidmətində maraqlıdır.

“Benfika” Antonio Silva üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 13 matçda 1 qol və 1 asistlə yadda qalıb.