“Yuventus”da ağır itki

“Yuventus”un serbiyalı futbolçusu Duşan Vlahoviçin zədələndiyi açıqlanıb.

Sportline.az xəbər verir ki, hücumçu Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.

Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildən Turin təmsilçisində çıxış edir. "Yuventus" klubu noyabrın 23-də A Seriyasında "Milan"la üz-üzə gələcək.