“Yuventus”dan xal itkisi

İtaliya A Seriyasının 7-ci turunda “Yuventus” öz meydanında “Kalyari” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qolları “qoca sinyora”dan Duşan Vlahoviç, “Kalyari”dən isə Razvan Marin fərqlənib.

“Yuventus”un gənc oyunçusu Konsensao 89-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Yuventus” 13 xalla 3-cü, “Kalyari” isə 6 xalla 16-cı pillədə qərarlaşır.