"Yuventus"un futbolçusu "Nou Kamp"a səcdə etdi
Azarkeşlər Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" - "Yuventus" matçını səbirsizliklə gözləyirlər. Sportline.az xəbər verir ki, oyun ətrafında maraqlı hadisələrdən biri də qonaqların "Nou Kamp"la tanışlığı zamanı yaşanıb. Hazırda "Yuve"nin şərəfini qoruyan sabiq "Barsalı" Dani Alveşin duyğusal hərəkəti isə gündəmi zəbt edib. Xatırladaq ki, braziliyalı futbolçu 2008-2016-cı illərdə "Barselona"nın heyətində 6 dəfə İspaniya çempionluğunu, 4 dəfə "Kral Kuboku"nu, 4 dəfə ölkə Super Kubokunu, 3 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu və 3 dəfə klublararası dünya çempionluğunu qazanıb.