"Yuventus"un futbolçusu "Portu"da

"Yuventus"un futbolçusu Tyaqo Calo karyerasını Portuqaliyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, mərkəz müdafiəçisi "Portu"nun formasını geyinəcək.

Klubun rəsmi səhifəsində yayılan məlumata görə, o, mövsümü icarə əsasında bu klubun heyətində keçirəcək.

Qeyd edək ki, Calo ötən mövsüm "Lill"dən "Yuventus"a transfer olunmuşdu. 

Turinlilər onun keçidi üçün qarşı tərəfə 3,5 milyon avro ödəmişdilər.

Hazırda isə Transfermarkt portalında onun dəyəri 12 milyon avro kimi göstərilir.