"Yuventus"un oyununda qorxulu anlar

Avropa Liqasının 1/4 finalında "Yuventus" və "Sportinq" arasında keçirilən ilk matçda (1:0) məyusedici anlar yaşanıb.

Sportline.az xəbər verir ki, ev sahibi komandanın qapıçısı Voyçex Şesi 1-ci hissənin son dəqiqələrində sinəsini tutaraq yerə yıxılıb. Polşalı qolkiperə dərhal müdaxilə edilib. O, özünü yaxşı hiss etmədiyini bildirib. Voyçex bundan sonra göz yaşları içində meydanı tərk edib. Qapıçını Mattia Perin əvəzləyib.

Həmin anlar azarkeşləri, oyunu izləyənləri qorxudub.

İlkin müayinədən sonra Voyçexin durumunun yaxşı olduğu bildirilib. 

Banner