"Yuventus"un Tomori israri davam edir

"Milan"ın ingiltərəli futbolçusu Fikayo Tomori karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Yuventus" Tomorini yanvar ayında icarə əsasında heyətinə qatmağı düşünür. Tərəflər arasında danışıqlar davam edir.

F.Tomorinin "Milan"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 27 yaşlı futbolçu "Yuventus"da çıxış etməyə müsbət yanaşır.