"Yuventus"un Zirkze israrı davam edir
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Yuventus" Zirkzeni transfer etmək üçün israr edir.
"Mançester Yunayted"in rəhbərliyi Zirkze üçün 45 milyon avro tələb edir.
Qeyd edək ki, 23 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
C.Zirkze cari mövsüm çıxış etdiyi 26 matçda 4 qol və 2 asistlə yadda qalıb.