"Zadəgan" sıradan çıxdı

"Çelsi"nin futbolçusu Kristian Pulişiç zədələnib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, onun 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Pulişiç Premyer Liqanın 4-cü turunda "Aston Villa" ilə görüşü buraxacaq.

Qeyd edək ki, "Çelsi" - "Aston Villa" matçı bu gün keçiriləcək.