"Zalsburq"dan tarixi uğur
"Zalsburq" tarixi uğura imza atıb.
Sportline.az UEFA-nın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, klub Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Sevilya”nı 1:0 hesabı ilə məğlub edib və G qrupunu 2-ci pillədə başa vurub.
Bununla da, "Zalsburq" turnirin 1/8 final mərhələsinə yüksələn ilk Avstriya klubu olub.