Zaniolo "Qalatasaray"dan ayrılır

"Qalatasaray"ın futbolçusu Nikolo Zaniolo İtaliyaya qayıtmaq istəyir. 

Sportiline.az  La Gazzetta dello Sport nəşrinə istinadla xəbər verir ki, "Milan" və "Yuventus" Zaniolonu transferi üçün hərkətə keçib.

 “Qalatasaray” onun transferi üçün 37 milyon avro tələb edir.

 Qeyd edək ki, italiyalı hücumçunun “Qalatasaray” ilə müqaviləsi 2027-ci ildə bitir.