Zaniolo cəzalandı, amma derbidə iştirak edəcək

"İstanbulspor"la oyunda qırmızı vərəqə alan "Qalatasaray"ın futbolçusu Nikolo Zaniolonun cəzası açıqlanıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı italiyalı yarımmüdafiəçi 2 oyunluq cəzalandırılıb.

Ötən oyun "Sivasspor"la oyunda çıxış etməyən Zaniolo bu dəfə "Ankaragücü"nə qarşı oynamayacaq. Amma italiyalı futbolçunun "Fənərbağça" ilə derbidə meydana çıxması üçün heç bir maneə yoxdur.