Zəfər gününə həsr olunan həndbol yarışı keçirilib

Gəncə Olimpiya İdman Kompleksində  həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına yekun vurulub.

Sportline.az xəbər verir ki, Zəfər Gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygöl həndbolçuları bacarıqlarını göstəriblər. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın final görüşündə Göygöl və Şirvan komandaları qarşılaşıblar. Daha yaxşı oyun nümayiş etdirən Göygöl həndbolçuları 2-1 hesabı ilə qalib gəliblər. Beləliklə yarışın nəticələrinə əsasən “Göygöl” 7 xalla 1-ci, “Şirvan” 6 xalla 2-ci, “Gəncə 1” komandası 5 xalla 3-cü yeri tutub.
Bağlanış mərasimində yarışın əhəmiyyətindən söz açan Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov, qalibləri təbrik edərək final mərhələsinə məsuliyyətlə hazırlaşmağı tövsiyyə eləyib.
Qeyd edək ki, zona yarışlarının finalçıları gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.