"Zenit" - "Valensiya" görüşü azərbaycanlı hakimə tapşırıldı

UEFA Gənclər Liqasının H qrupunda noyabrın 24-də Sank-Peterburq şəhərində keçiriləcək “Zenit” (Rusiya) – “Valensiya” (İspaniya) oyununun baş hakimi Orxan Məmmədov olacaq. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ona Yaşar Abbasov və Kamran Bayramov kömək edəcəklər.