"Zenit"dən "Yuventus"a
"Zenit"in braziliyalı futbolçusu Malkom karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az "UOL"a istinadla xəbər verir ki, turinlilər Rusiya klubunun vingerinin xidmətində maraqlıdırlar.
Futbolçunun transfer qiyməti 30-40 milyon avro kimi göstərilir.
Ötən mövsüm meydana çıxdığı 27 oyunda 23 qol vuran Malkom Rusiya Premyer Liqasının bombardiri olub.