"Zenit"in futbolçusu Qluşenkov qolundan əməliyyat keçirib
"Zenit"in hücumçusu Maksim Qluşenkov Rusiya Premyer Liqasının 5-ci turunda "Ximki" ilə matçda (1:1) aldığı zədə səbəbindən əməliyyat olunub.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 25 yaşlı futbolçunun əməliyyatı uğurla tamamlanıb və onun bərpa prosesinə başlanılıb.
Mövsümə yaxşı başlayan Qluşenkov Sankt-Peterburq klubu ilə çıxdığı 5 oyunda 8 qol və 1 asistlə yadda qalıb.
Qeyd edək ki, "Zenit" rusiyalı futbolçunu bu yay "Lokomotiv"dən 6.3 milyon avro qarşılığında heyətinə qatıb.