"Zenit"in futbolusu icarə əsasında Çempionşip klubuna keçib
"Zenit" fransalı futbolçusu Vilson İsidorun icarə əsasında "Sanderlend" klubuna transfer olduğunu açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 23 yaşlı hücumçu ilə İngiltərə klubu arasında 1 illik razılıq əldə edilib.
İsidor 2023-cü ilin sentyabr ayından Sankt-Peterburq klubunda çıxış edir. O, 26 oyunda 4 qol imza atıb. Futbolçu klubla birgə Premyer Liqa, Rusiya Kuboku və Ölkə Superkubokunun qalibi olub.
Qeyd edək ki, Çempionşipdə mübarizə aparan "Sanderlend' 2 turdan sonra 6 xalla ikinci pillədə qərarlaşıb.