"Zenit"in hücumçusu karyerasını İngiltərədə davam etdirəcək

"Zenit"in fransalı futbolçusu Vilson İsidor "Sanderlend" klubuna transfer olunacaq.

Sportline.az xəbər verir ki, Sankt Peterburq klubunun rəsmisi Aleksandr Medvedev bu barədə məlumat verib.

Medvedev transferin icarə əsasında yoxsa birdəfəlik olacağını açıqlamayıb.

İsidor 2023-cü ilin sentyabrında 1,35 milyon avroya "Lokomotiv"dən icarə əsasında "Zenit"ə keçib. Bu yay peterburqlular 4 milyon avro qarşılığında fransalı oyunçunu birdəfəlik heyət qatıblar. 23 yaşlı futbolçu "Zenit"lə çıxdığı  26 oyunda 4 qol vurub.