Zidan karyerasındakı ən vacib qolu açıqlayıb

Dünya futbolunun əfsanəsi Zinəddin Zidan karyerasında vurduğu ən yaxşı qolu açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 1998-ci il dünya çempionu 2002-ci ildə Çempionlar Liqasının finalında "Real"ın heyətində "Bayer 04"ə vurduğu qolu seçib.Həmin görüşdə İspaniya klubu məhz Zidanın bu qolu ilə 2-1 hesablı qələbə qazanmışdı.

RMC Sport keçmiş fransalı futbolçunun sözlərindən sitat gətirib.

"Düşünürəm ki, ən gözəl və vacib qolu "Bayer"lə matçda vurmuşam. Bu, məndə olmayan bir kubok idi və onu qazanmaq üçün bu qol bizə lazım idi" deyə Zidan bildirib.

Qeyd edək ki,  Zidan futbolçuluq dönəmində "Real" Madrid və "Yuventus" kimi klubların şərəfini qoruyub.