Ziko namizədliyini geri götürdü

Braziliya millisinin keçmiş baş məşqçisi Artur Ziko FİFA prezidentliyinə namizədliyini geri götürüb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, o,   tələb olunan beş yerli federasiyadan dəstək ala bilmədiyi üçün bu addımı atıb.

Qeyd edək ki, FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək.