"Zirə" "Çindia" ilə üz-üzə

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxacaq.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi  Rumıniyanın “Çindia” komandası ilə üz-üzə gələcək. Görüş saat 15:00-da start götürəcək. 

"Çindia" Rumıniyanın əsas liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 21 xalla 12-cidir.

Qeyd edək ki, "Zirə" Türkiyədəki hazırlıq proses zamanı daha 2 yoxlama matçı keçirəcək. Rəşad Sadıqovun komandası yanvarın 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. 

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Banner