"Zirə" ciddi itki ilə üzləşdi
"Zirə" komandası Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sabah"la qarşılaşır.
Sportline.az xəbər verir ki, "qartallar" bu görüşdə ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Hamidu Keyta sıradan çıxıb.
Fransalı futbolçu matça davam edə bilməyib və meydanı tərk edib.
Onun əvəzinə Rüstəm Əhmədzadə oyuna daxil olub.