"Zirə" və "Şüvəlan"dan təqdirəlayiq addım

Mayın 25-dən iyunun 5-ə kimi Bakıda 2003/04-cü il təvəllüdlü futbolçulardan təşkil olunan komandalar arasında turnir keçiriləcək.

Sportline.az xəbər verir ki, "Zirə" və "Şüvəlan" futbol klublarının birgə təşkilatçılığı ilə turnirdə 8 komanda iştirak edəcək – "Zirə", "Şüvəlan", "Sabah", "Keşlə", "Neftçi", "Qarabağ", "Sumqayıt" və "Sabah-2004".

"İnkişaf turniri" adlı yarışda məqsəd gənc futbolçuların uzun müddət futbolsuz qalmamaları və milli məşqçilərinin milliyə namizəd futbolçuların hazırdıq səviyyətini yoxlamalarıdır. Artıq, bu gün turnirin püşkatması keçirilib, qrupların tərkibi və təqvim müəyyənləşib.

«A» qrupu: «Keşlə», «Sabah-2004», «Sumqayıt», «Şüvəlan»

«B» qrupu: «Sabah», «Qarabağ», «Neftçi», «Zirə»

Əsasnaməyə əsasən "A" qrupunun oyunları "AZAL Arena"da, "B" qrupunun oyunları isə Aviasiya Akademiyasının stadionunda keçiriləcək. Növbəti mərhələnin oyunlarının ilkin variant kimi "AZAL Arena"da təşkili nəzərdə tutulub. Amma güman ki, həmin oyunlar AFFA-nın dəstəyi ilə təbii örtüyü olan fərqli məkana salınsın. Turnirin tam təqvimi aşağıdakı kimidir:

Qrup mərhələsi

1-ci tur

25 may (şənbə)

11:00 «Sabah» - «Qarabağ»

11:00 «Sumqayıt» - «Şüvəlan»

18:00 «Neftçi» - «Zirə»

18:00 «Keşlə» - «Sabah – 2004»

2-ci tur

28 may (çərşənbə axşamı)

11:00 «Sabah» - «Neftçi»

11:00 «Keşlə» - «Sumqayıt»

18:00 «Zirə» - «Qarabağ»

18:00 «Şüvəlan» - «Sabah – 2004»

3-cü tur

31 may (cümə)

11:00 «Zirə» - «Sabah»

11:00 «Şüvəlan» - «Keşlə»

18:00 «Qarabağ» - «Neftçi»

18:00 «Sabah – 2004» - «Sumqayıt»

Yarımfinallar

02 iyun (bazar)

11:00 1-ci yarımfinal oyunu

18:00 2-ci yarımfinal oyunu

05 iyun (çərşənbə)

11:00 3-cü yer uğrunda oyun

18:00 Final