"Zirə" yoxlama matçında qalib gəldi
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çindia” komandası ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. "Zirə"nin qollarını Coşqun Diniyev (15-pen.), Toni Qomes (18), Hamidu Keyta (75) vurublar.
"Çindia" Rumıniyanın əsas liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 21 xalla 12-cidir.
Qeyd edək ki, "Zirə" Türkiyədəki hazırlıq proses zamanı daha 2 yoxlama matçı keçirəcək. Rəşad Sadıqovun komandası yanvarın 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.