"Zirə"nin rəqibi müəyyənləşdi
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama matçı keçirəcək.
Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun komandası "Səbail"lə qarşılaşacaq.
Oktyabrın 9-da “Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Zirə” Premyer Liqada bu mövsüm “Səbail”lə bir dəfə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.