"Zirə"nin futbolçusunu kəllə ilə vurdular

Premyer Liqanın "Qəbələ" - "Zirə" oyunu (1:1) bitən kimi qalmaqal yaranıb.

Sportline.az xəbərinə görə, hadisə meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyevlə qonaqların müdafiəçisi Dimitrios Çantakias arasında baş verib. Əsəblərinə hakim ola bilməyən E.Şahverdiyev rəqibə kəllə ilə zərbə vurub. Bu səbəbdən baş hakim Əliyar Ağayev Ehtirama qırmızı, Çantakiasa isə sarı vərəqə göstərib.

Futbolçular arasında münaqişəyə digər oyunçular, o cümlədən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov müdaxilə edib.