"Zirə"nin qış hazırlıq planı

Azərbaycan Premyer Liqa klublarından "Zirə"nin qış hazırlıq planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, "qartalllar" təlim-məşq toplanışı məqsədilə Türkiyəyə yollanacaq.

Rəşad Sadıqovun komandası yanvarın 5-dən Antalyanın Lara bölgəsində məckunlaşacaq.

Yanvarın 25-nə qədər davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.

Qeyd edək ki, "Zirə" qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.