"Zirə"yə 1 qol bəs etdi

Azərbaycan 1-ci divizionunda 17-ci tura start verilib.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. "Zirə-2" öz meydanında "Zaqatala"nı qəbul edib. Görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

"Zirə-2" - "Zaqatala" 1:0

Qol: Nicat Oruclu, 10

Qeyd edək ki, turun qalan oyunları 8-9 mart tarixlərində keçiriləcək.