Zorlamada ittiham olunduğu qızla evlənir

Məşhir futbolçu Meyson Qrinvud onu zorlamada təqsirləndirən qızla ailə həyatı qurmağa hazırlaşır.

Sportline.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Herriet Robsonla nikaha girmək niyyətindədir.

Cütlüyün övld gözlədiyi bildirilir. Bugünlərdə Qrinvudla hamilə rəfiqəsi London otellərindən birində fotokameralara tuş gəlib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Robsonun sosial şəbəkələrdə paylaşdığı zorakılığı əks etdirən fotolardan sonra Meyson öz evində polis tərəfndən saxlanılmışdı.

Bu ilin fevralında isə zorlamada təqsirləndirilən futbolçunun üzərindən ittiham götürülmüşdü.