Zubimendi "Real Madrid"ə transfer ola bilər
”Real Madrid”in rəhbərliyi Martin Zubimendi transferi üçün rəsmi danışıqlara başlayıb.
Sportline.az "Cope" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu "Real Sosyedad"ın 26 yaşlı ispan yarımmüdafiəçisi üçün 60 milyon avro ödəməyə hazırdır.
Zubimendinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 38 matçda 2 qol və 2 asistlə yadda qalıb.