Döyüş həvəskarlarını maraqlı duel gözləyir

Döyüş həvəskarları UFC 300 turnirini böyük səbirsizliklə gözləyirlər.

Sportline.az xəbər verir ki, yarışın əsas döyüşü Camal Hill ilə Aleks Pereyra arasında olacaq.

Onlar ağır çəki dərəcəsində kəmərin sahibini müəyyənləşdirəcəklər. 

Braziliyalı Pereyranən bu titulun sabiq sahibi Hillə qarşı mübarizəsi böyük maraq doğurur. 

Qeyd edək ki, sözügedən qarşılaşma aprelin 13-dən 14-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq. 

Hazırda Hillin aktivində 12 qələbə, 1 məğlubiyyət, Pereyranın aktivində isə 9 qələbə iki məğlubiyyət var.