"Həbib UFC-nin ən yaxşı döyüşçüsü deyil"

UFC-nin prezidenti Dana Uayt maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, Həbib Nurməhəmmədovun bütün dövrlərin ən yaxşı MMA ustası olduğu fikrilə razılaşmadığını bildirib.

Onun fikrincə bu ada ağır çəkidə çempion Con Cons layiqdir.

"Doğrudur, Həbib də bütün döyüşləri qələbə ilə bitirib. Amma, Cons yarımağır çəkidə buna nail olduqdan sonra hazırda ağır çəkidə də məğlubedilməzdir. Fikrimcə o, ən yaxşıdır.", - deyə Uayt "Games With Names в YouTube" kanalında sualı cavablandırıb.

Qeyd edək ki, keçirdiyi 29 döyüşü hamısını qələbə ilə başa vuran Həbib Nurməhəmmədov karyerasını 2021-ci ildə bitirib.