Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək

Bakıda mərhum deputat Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq reytinqli klassik şahmat turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, 40 yerli şahmatçının qatılacağı turnirə dekabrın 15-də start veriləcək.

Yarışda bir sıra beynəlxalq turnirlərin qalibi olmuş yeniyetmə, gənc qız və oğlanlar, eləcə də təcrübəli qadın və kişi qrossmeysterlər iştirak edəcəklər. Məqsəd potensialı yüksək şahmatçıların təcrübə toplamalarına nail olmaqdır.

Qeyd edək ki, xatirə turnirinə dekabrın 21-də yekun vurulacaq.