Tuxelin "Bavariya"nı tərk edəcəyi vaxt açıqlandı

"Bavariya"da işləri qaydasında getməyən Tomas Tuxelin klubdan ayrılacağı vaxt müəyyənləşib.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis mövsümün sonunda münhenlilərlə vidalaşacaq.

Bu haqda tanınmış jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər ətraflı müzakirələrdən sonra bu qərara gəliblər.

Xatırladaq ki, Tuxel 2023-cü ilin martından "Bavariya"nın sükanı arxasındadır.

Münhen təmsilçisi 22 turdan sonra lider "Bayer"dən 8 xal geri qalır.