UFC döyüşçüsü görmə qabiliyyətini itirib

UFC döyüşçüsü Bruno Silva arzuolunmaz vəziyyətlə üzləşib.

Sportline.az xəbər verir ki, braziliyalı idmançının Kris Uaydmanla qarşılaşmadan sonra gözündə problem yaranıb.

"Uaydman hər iki gözümə vurdu. Müayinədən sonra gözümün birində görmə qabiliyyətinin 30 faiz azaldığı aşkarlanıb. Həkimlərin fikrincə bu, bərpa olunandır. Amma, bunu tam əminliklə söyləyə bilmərəm", - deyə Silva "MMA Fighting"ə açıqlamasında bildirib.

Qeyd edək ki, martın 31-də Atlantik Sitidə keçirilən döyüşdə Uaydman 3-cü raundda texniki nokautla qələbə qazanmışdı.