“Bavariya” Upamekano ilə bağlı qərar verib
“Bavariya” fransalı müdafiəçisi Dayo Upamekano ilə yola davam edəcək.
Sportline.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu Upamekanoya 4 illik yeni müqavilə təklif edəcək.
26 yaşlı futbolçu “Bavariya”da qalmağa üstünlük verir.
Qeyd edək ki, Upamekano bu mövsüm çıxış etdiyi 30 oyunda 2 qolla yadda qalıb.
Onun “Bavariya” ilə hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.