“Çelsi” “Barselona”ya 55 milyon avro təklif edib

“Çelsi” “Barselona”nın fransalı futbolçusu Jul Kundeni transfer etmək istəyir.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, London klubu Kunde üçün “Barselona”ya 55 milyon avro təklif edib.

26 yaşlı müdafiəçinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kunde cari mövsüm çıxış etdiyi 45 matçda 3 qol və 8 asistlə yadda qalıb.