"Gəncə" yarımfinala yüksəlib
"Gəncə" basketbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportline.az xəbər verir ki, bölgə təmsilçisi Bakı İdman Sarayında "Sərhədçi" ilə üz-üzə gəlib.
Qarşılaşma Gəncə klubunun qalibiyyəti ilə yekunlaşıb - 94:89.
Günün saat 19:00-da start götürəcək matçında "Sabah" "Neftçi" ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ötən gün keçirilən görüşlərində NTD "Şəki"ni 71:66, “Naxçıvan” isə “Abşeron”u 102:60 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.