"Şamaxı" turun açılış oyununda "Səbail"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Sportline.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

41-ci dəqiqədə qonaqların heyətində Vasiliye Bakiç hesabı açıb. 63-cü dəqiqədə Andrey Tirkoveanu fərqi ikiyə yüksəldib.

"Şamaxı" qələbə sayəsində xallarının sayını 24-ə çatdırıb və 7-ci pilləyə qalxıb. Meydan sahibləri 18 xalla sonuncu - 10-cu sıradadır.

Günün saat 19:30-da start götürəcək matçında "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.