Teymur Rəcəbov finalda ermənilə qarşılaşacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Airthings Masters" turnirinin finalına vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, o, yarımfinalda rusiyalı Daniil Dubovdan üstün olaraq buna nail olub. Ötən gün rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbov bu gün də 2:0 hesablı qələbə ilə həlledici görüşə vəsiqə qazanıb.

Teymurun finaldakı rəqibi Levon Aronyan olacaq.