100 qola çatdı
"Bavariya" Çempionlar Liqasının yarımfinalının ilk oyununda PSJ-yə qarşı dörd qol vurub.
Sportline.az xəbər verir ki, 5 qol buraxmasına baxmayaraq, fransızlara məğlubiyyətdə Münhen komandasının hücumçularını günahlandırmaq çətindir.
Harri Keyn, Maykl Olise və Luis Diasdan ibarət üçlük mövsümdə vurduğu qolların sayını üçrəqəmli həddə çatdırıb. Sözsüz ki, bu, onların mövsümdəki ən yaxşı göstəricisidir.