114 il sonra gələn rekord

Stiven Cerrardın baş məşqçilik etdiyi “Reyncers” Şotlandiya çempionatında 114 illik rekordu yeniləyib.
 
Sportline.az xəbər verir ki, onlar buna 6-cı turda “Hemilton”la matçda nail olublar. Oyunu 2:0 hesabı ilə qalib başa vuran komanda çempionatın ilk 6 görüşündə qapısını toxunulmaz saxlamağı bacarıb. Bununla da “Reyncers” Şotlandiya çempionatındakı 114 illik rekordu yeniləyib. İlk dəfə belə nəticəni 1906-cı ildə “Seltik” göstərib.

Qeyd edək ki, “Reyncers” hazırda 16 xalla liqanın turnir cədvəlinə liderlik edir