12 milyondan 6 milyona

Dortmund "Borussiya"sı futbolçusu Marko Roysla böyük ehtimalla yeni müqavilə imzalayacaq.

Sportline.az "Bild"ə istinadən xəbər verir ki, onun iyunda başa çatacaq müqaviləsinin müddəti daha 1 il uzadılacaq. Yeni müqavilə ilə alman yarımmüdafiəçinin maaşı ikiqat azaldılacaq.  33 yaşlı oyunçunun maaşı 12 milyon avrodan 6 milyon avroya endiriləcək.

Qeyd edək ki, Roys 2012-ci ildən Dortmund təmsilçisində oynayır.