15 yaşlı oyunçu ÇL-də iştirak edəcək?

Dortmund "Borussiya"sı 15 yaşlı futbolçusu Yussuf Mukokonu Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edəcək.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubu idman direktoru Mixael Zork məlumat verib. O bildirib ki, Y. Mokoko əvvəlcə B siyahısında yer alacaq.

16 yaşına çatandan sonra onu qeydiyyatdan keçirmək mümkün olacaq. Bu isə deməkdir ki, noyabrda 16 yaşı olacaq hücumçu "Brügge"yə qarşı oynaya biləcək.

Qeyd edək ki, Mukoko Bundesliqa üçün də heyətə daxil edilib.